2015-ci ildən etibarən Mastercard-da yüksək vəzifələrdəçalışan Avşar Gürdal yeni dövrdə Mastercard Şərqi Avroparegionunun prezidenti vəzifəsini icra edəcək.
Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə başmeneceri vəzifəsində çalışan Gürdal regiondakı təcrübəsi iləMastercard-ın Şərqi Avropadakı 12 ölkəsinə rəhbərlikedəcək.
Bakı, Azərbaycan; 2026: Ödəniş texnologiyaları sahəsindədünyanın aparıcı şirkətlərindən biri olan Mastercard ŞərqiAvropa regionunda yüksək səviyyəli təyinat həyata keçirib. Daha əvvəl Mastercard Türkiyə və Azərbaycan üzrə başmeneceri vəzifəsində çalışan, daha sonra Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezident vəzifəsini icra edən Avşar Gürdal sentyabrın 1-dən etibarən Mastercard Şərqi Avropa regionunun prezidentivəzifəsinə başlayacaq.
Gürdal yeni vəzifəsində Mastercard-ın Şərqi Avropa regionundabiznes strategiyasının formalaşdırılması və həyata keçirilməsinə, regional inkişaf prioritetlərinin reallaşdırılmasına, müştərilər vəbiznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə, eləcə dəödəniş texnologiyaları ekosistemində innovativ həllərin dahageniş tətbiqinə cavabdeh olacaq.
Mastercard Türkiyə və Azərbaycan üzrə baş meneceri olduğudövrdə Gürdal şirkətin hər iki bazarda strateji prioritetlərininhəyata keçirilməsinə, rəqəmsal ödəniş həllərinin daha genişyayılmasına və Azərbaycanda nağdsız ödəniş ekosisteminininkişafına töhfə verib. Mastercard daxilində müxtəlif rəhbərvəzifələrdə qazandığı təcrübəyə əsaslanaraq, Gürdal yenivəzifəsində Şərqi Avropanın dinamik və sürətlə inkişaf edənbazarlarında şirkətin inkişaf yolunu daha da irəli aparmağıhədəfləyəcək.
Avşar Gürdal kimdir?
Karyerasına Unilever-də başlayan Avşar Gürdal PRG və Value Partners şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə MastercardAdvisors-a qoşulub. 2016-cı ildə Mastercard-da MüştəriMünasibətlərinin İdarə Edilməsi üzrə direktor təyin olunanGürdal 2019-cu ildə Mastercard Türkiyə üzrə vitse-prezidentvəzifəsini icra etməyə başlayıb. 2022-ci ildə Mastercard Türkiyəvə Azərbaycan üzrə baş menecer təyin olunan Gürdal daha sonraŞərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrəStrategiya, Birləşmə və Satınalmalar və Analitika üzrə baş vitse-prezident vəzifəsində çalışıb.
Gürdal Boğaziçi Universitetinin Maşın mühəndisliyifakültəsinin məzunudur və Koç Universitetində MBA dərəcəsialıb.
Mastercard haqqında
Mastercard olaraq dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatlarıvə insanları gücləndirmək üçün çalışırıq. Müştərilərimizlə birlikdə hər kəsinfaydalana biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş çeşiddə rəqəmsalödəniş imkanları təqdim edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı vəəlçatan edirik. Texnologiyamız və innovasiyalarımız, tərəfdaşlıqlarımız vəşəbəkələrimiz bir araya gələrək insanların, bizneslərin və dövlətqurumlarının öz ən yüksək potensiallarını reallaşdırmasına kömək edənunikal məhsul və xidmətlər portfeli təqdim edir.
mastercard.com