19 yanvar 2023 18:25
620

"Barselona" Gündoğanla razılaşdı

"Barselona" "Mançester Siti"nin kapitanı İlkay Gündoğanın transferi ilə bağlı razılığa gəlib .

“İki sahil” xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Kataloniya klubu 32 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatacaq. Oyunçu ilə La Liqa təmsilçilsi arasında bütü detallar üzrə razılıq əldə olunub. Futbolçu yayda "şəhərlilər"lə müqaviləsi başa çatdıqdan sonra "Barselona"ya keçəcək.

Qeyd dək ki, Gündoğan 2016-cı ildən "Mançester Siti"də oynayır. O, bu mövsüm bütün turnirlərdə 25 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.