23 avqust 2026 22:22
127

"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold “Liverpul”dan ayrıldıqdan sonra sosial şəbəkələrdə təhqir və təhdidlərlə üzləşdiyini bildirib.

27 yaşlı futbolçu bu barədə "The Mirror" nəşrinə müsahibəsində danışıb:

“Sosial şəbəkələrdə təhqirlər və şəxsi mesajlarda təhdidlər 2026-cı ildə həyatın acı tərəflərindən biridir. Mən bunlardan uzaq durmağa üstünlük verirəm, çünki bunlar mənə real görünmür. Baş verənlərdən sonra “Liverpul”a qayıtmaq barədə düşünmüşdüm. Açığı, nəsə məni incidir və məyus edirsə, bu, ailəmə də təsir edir. Biz bu məsələdə birlikdəyik”.

İngiltərəli futbolçu azarkeşlərin reaksiyasını başa düşdüyünü də vurğulayıb:

"Fit səsləri və məyusluq mənim tab gətirə biləcəyim şeylərdir. İnsanların mənə qarşı belə reaksiya verməsini anlayıram. Həmin dövrdə çox eşidirdim ki, “Liverpul” azarkeşləri onlara nə düşünməli olduqlarının diktə edilməsini istəmirlər. Mən də bununla razıyam. Lakin ümid edirəm ki, bir gün həyatda verdiyim qərarlar da başa düşüləcək. Bu, mənə ağrı verir. Çünki bu kluba 20 ilimi vermişəm və burada çox şeydən keçmişəm. Təbii ki, belə münasibət insanı incidir. Amma məyusluğu, hətta fit səsləri ilə ifadə olunan qəzəbi də başa düşürəm".

Qeyd edək ki, Aleksander-Arnold 2025-ci ildə “Real”a keçib. O, Madrid klubunun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb və 7 məhsuldar ötürmə edib.

QOL.az