19 yanvar 2023 16:11
533

DÇ-2022-nin finalını 1,5 milyard azarkeş izləyib

FİFA 2022-ci il dünya çempionatının oyunlarının televiziya reytinqini açıqlayıb.

"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, ev sahibi Qətər və Ekvador arasında keçirilən turnirin açılış matçını 550 milyon tamaşaçı izləyib.

Turnirin finalında Argentina - Fransa görüşünə isə 1,5 milyard tamaşaçı baxıb.

Qeyd edək ki, DÇ-2022-nin qalibi Argentina millisi olub.