05 yanvar 2023 02:39
621

Həmrəyliyimiz bizi yeni qələbələrə  aparacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illlərinin axırlarında keçmiş ittifaq  məkanında gedən proseslər Azərbaycanda milli oyanış  hərəkatının geniş vüsət almasına  gətirib çıxartdı. 1989-cu ilin soyuq,şaxtalı qış günündə minlərlə soydaşımız tarixin  ədalətsiz hökmünə -təxminən 200il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan  sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar,dogma  Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə,31 dekabr  Azərbaycanın  tarixinə  Milli  Həmrəylik  Günü kimi daxil oldu.

Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Onun təşəbbüsü ilə 1991- ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli  Həmrəylik  və Birlik Gününün təsis olunması barədə qərar  qəbul etdi. Bundan  cəmi doqquz gün  sonar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası  hər il  dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya  azərbaycanlılarının hər il yüksək  sevinclə  qeyd etdikləri milli bayrama  çevrilmişdir.

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması  və güclü Azərbaycan diasporunun  formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü –Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün Azərbaycanın daxili və xarici siyasəti ,ölkəmizin iqtisadi gücü –bütün nailiyyətlər ölkəmizin inkişafını  daha da sürətləndirib.Tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin,xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləMüzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın  beynəlxalq  mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.

Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addimlayır və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırırlar.Azərbaycan diasporu  beynəlxalq aləmdə böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir.

Bu həmrəylik bizi yeni-yeni qələbələrə  aparacaq!

Gülsüm Nəsibova,
Bakı şəhəri, 86 nömrəli məktəbin müəllimi