"Liverpul"un futbolçusu Vircil Van Deyk Premyer Liqada bu mövsümkü çıxışları haqda danışıb.
“İki sahil” xəbər verir ki, niderlandlı müdafiəçi "goal.com"a açıqlamasında çempionluq haqda düşünmədiklərini etiraf edib:
“Bu, məni "Liverpul"da motivasiya edir. Bəli, biz “Arsenal”dan geri qalırıq, amma bu mövsüm çılğın, çox qeyri-adi ola bilər.
Realist olmaq lazımdır, indi çempionluq haqqında düşünmürük. Biz qarşıdakı oyunlara diqqət yetirməliyik, onları qazanmalıyıq, sonra nələr olacağını görəcəyik".
Qeyd edək ki, Mersisayd klubu 28 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb. Lider "Arsenal"ın 43 xalı var.