Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar dünya futbolunun əfsanəsi Pelenin dəfn mərasiminə getməyib .
“İki sahil” "RMC Sport"a istinadla xəbər verir ki, üçqat dünya çempionu ilə vida mərasimi bu gün Santos stadionunda keçirilir.
Daha əvvəl PSJ-nin hücumçusunun Braziliyaya uçduğu və dəfn mərasimində iştirak edəcəyi bildirilirdi . Lakin Neymar Fransada qalıb. O, bu gün Paris klubunun məşqində iştirak edib. Dünən futbolçu cəza səbəbindən PSJ-də Liqa 1-də "Lans"la (1:3) matçda oynamayıb.
Xatırladaq ki, braziliyalı Pele dekabrın 29-da dünyasını dəyişib.