02 yanvar 2023 14:38
381

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqladı

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz”in yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə “sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər.

Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq.

Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.