02 yanvar 2023 02:55
508

PSJ mərkəzi oyunda uduzdu

Fransa çempionatında 17-ci turun mərkəzi oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, lider PSJ 2-ci pillədəki "Lans"ın qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Lans" - PSJ - 3:1
Qollar: Frankovski, 5 (1:0), Ekitike, 8 (1:1), Openda, 28 (2:1), Klod-Moris, 48 (3:1)

Bu nəticədən sonra xalını 40-a yüksəldən "Lans" lider PSJ ilə xal fərqii 4-ə endirib.