02 yanvar 2023 01:10
428

“Fənərbağça” - “Ştutqart” oyununu hakimimiz idarə edəcək

Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk beynəlxalq təyinatını alıb.

“İki sahil” xəbər verir ki, o, Türkiyədə qadın voleybolçulardan ibarət “Fənərbağça” və Almaniyanın “Ştutqart” komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək.

İstanbulda, Burhan Felek Voleybol Mərkəzində keçiriləcək oyunda E.Zülfüqarova rumıniyalı Paul Szabo-Aleksi kömək edəcək.

Qeyd edək ki, qarşılaşma yanvarın 18-də keçiriləcək.