"Çelsi" heyətinə yeni futbolçu cəlb edəcək.
“İki sahil” xəbər verir ki, London klubu "Monako"nun müdafiəçisi Benua Badyaşili transfer etməyə yaxındır.
"Zadəganlar"ın 21 yaşlı fransalı futbolçu ilə 6.5 illik müqavilə bağlayacağı bildirilib.
Futbolçu tibbi müayinədən keçmək üçün bu axşam və ya sabah Londona gedəcək.
Transfer məbləği bonuslar da daxil olmaqla 40 milyon avrodan bir qədər az olacaq.
Qeyd edək ki, 2018-ci ildən "Monako"da çıxış edən Benua 106 oyuna çıxıb və 6 qol vurub.