"Mançester Siti"nin hücumçusu Erlinq Holann Premyer Liqada bu mövsüm 21 qol vurub.
“İki sahil” xəbər verir ki, norveçli forvard 18 matçda bu saya çatıb. O, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib.
22 yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonuna qədər 21 qol vurmağı bacaran ilk oyunçu olub.