01 yanvar 2023 13:33
439

Yayda "Yuventus"dan ayrılacaq

"Yuventus"un müdafiəçisi Aleks Sandro mövsümün sonunda Turin klubunu tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkəsində məlumat verib. Bildirilib ki, futbolçu iyunda azad agent kimi komandadan ayrılacaq.

Mövsümün sonunda başa çatacaq hazırkı müqavilənin uzadılması ilə bağlı müzakirələr aparılmır. Turin təmsilçisinin müqaviləni daha bir il uzatmaq imkanı var, lakin hazırda belə bir ehtimalı nəzərdən keçirilmir.