01 yanvar 2023 13:05
410

Ten Haq Ronaldodan danışmaq istəmədi

"Mançester Yunayted"in baş məşqçisi  Erik Ten Haq Kriştiano Ronaldonun "Əl-Nəsr"ə keçməsi barədə danışmaqdan imtina edib .

"İki sahil" goal.com-a istinadən xəbər verir ki, o, bununla bağlı verilən suala cavabında deyib: “Mən keçmişdən danışmıram, gələcək haqqında danışaq".

Xatırladaq ki, noyabrda Ronaldo müsahibə verərək " Mançester Yunayted "in rəhbərliyini tənqid etmiş və Ten Haqa hörmət etmədiyini bildirmişdi. Klub 37 yaşlı oyunçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.