“Qarabağ” qış tranferi pəncərəsi dövründə heyətinə bir neçə oyunçu cəlb etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, hazırda bununla əlaqədar bəzi futbolçular və onların klubları ilə intensiv danışıqlar aparılır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bir müddət əvvəl Qol.az-a verdiyi müsahibədə bu təsdiq etmişdi.
Kadinin qış transfer pəncərəsi zamanı “Krasnodar”a keçmək ehtinalının yüksək olması əlavə oyunçu axtarışına start verilməsinə səbəb olub. Bunadək klub əsasən dayaq yarımmüdafiəçisi və hücum mövqeyinə oyunçu axtarırdırsa, indi Kadinin gedişinə də hazırlaşır. Odur ki, “Qarabağ”ın seleksionerləri hazırda orta xəttə Kadinin mövqeyi üçün də futbolçu axtarırlar. Bununla qışda azad agent statuslu oyunçu tapmaq çətinləşdiyindən klublar və oyunçularla danışıqlarda razılaşmaya yaxınlaşmaq asan olmur.
Xatırladaq ki, qışda Kadinin “Qarabağ”dan ayrılaraq “Krasnodar”a (Rusiya) keçəcəyi ehtimalı yüksəkdir. Bu transferə görə “Qarabağ”ın 5 milyon avro qazanacağı gözlənilir.