Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü gələcəyə yönələn mühüm addımdır. İllər öncə Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyev öz doğum günü zamanı məcburi köçkünlərlə birgə keçirərək, bir gün doğma yurdlarımıza qayıdış mesajını vermişdi
Görüşdə qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasını təhlil edən Prezident bu prosesin Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet rəhbərliyindən uzaqlaşmasından sonra başladığını bildirdi. Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu illərdə səslərini belə qaldıra bilməyən nankor qonşularımızın dahi şəxsiyyət vəzifədən gedəndən sonra əl-qolu açılmışdı. Həmin hadisədən iki həftə sonra erməni millətçiləri səslərini qaldırdılar və Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Moskvanın susqun qaldığı deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan vilayətlərindən zorakılıqla çıxarıldı. Prezident İlham Əliyev çıxışında tarixi statistikanı da xatırladaraq qeyd etdi ki, Ermənistan adlanan ərazidə, hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verirdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi. Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu əməli ilə sübuta yetirib. Zəfər savaşında tam hərbi üstünlüyə malik olduğu zamanda belə ölkəmiz müharibəni dayandırıb, torpaqların mərhələli şəkildə azad olunmasına razılıq verdi.
Qərbi Azərbaycan bizim torpağımızdır, bunu tarixi sənədlər və xəritələr təsdiqləyir. Həmin torpaqların hər qarışı bizə məxsusdur. Gələcək zamanlarda biz Qərbi Azərbaycana qayıdacağıq. Prosesləri çox məntiqlə və sürətlə aparırıq. Keçmişdə baş verən qanlı hadisələr insanımızın genetik koduna təsir göstərməyib. Hər bir Qərbi azərbaycanlı öz kəndini, hətta öz küçəsini, evini çox yaxşı xatırlayır. Bunlar hər bir azərbaycanlının yaddaşındadır. Bizim yurdumuza qayıtmağımız üçün böyük stimul var. Dövlət başçısı icma nümayəndələri ilə görüşdə bütün bu məsələlərə toxundu və qeyd etdi ki, tarixdəki bu ədalətsizlik bərpa olunmalıdır. yaşamağımıza gətirib çıxaracaq. Tarixi ədalətin bərpa edilməli olduğunu biz Vətən müharibəsində də göstərdik.
Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı