29 dekabr 2022 15:41
449

Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşü keçirilib. Görüş zamanı dövlət başçısı bir sıra mühüm məsələlərə toxunmuşdur. Qərbi Azərbaycan  İcmasını inzibati binası ilə, binanın şəraiti ilə yaxından tanış olmuşdur. Qərbi Azərbaycan İcması Azərbaycan Qaçqınlar Cəmiyyətinin davamıdır. Bu qurumda qaçqın düşən azərbaycanlılar barədə  sənədlər, onlar haqqında faktlar saxlanılır. XX  əsrin sonlarında öz yurdundan didərgin düşmüş minlərlə ailənin ziyanı hesablanaraq  qeydə alınmışdır. Bu ailələr haqqında dəqiq statistika aparılımışdır.

Prezident İlham Əliyevin Bina ilə tanış olduqdan sonra nitqi başlamışdır. Prezident İlham Əliyev binanın Qərbi Azərbaycan İcmasına verilərək gələcək inkişafından danışmışdır. Qarabağın  məcburi köçkünləri artıq bilirik ki, öz doğma yurdlarına qayıdırlar. Zaman olacaq ki, bizim Qərbi Azərbaycandan olan soydaşlarımız  öz yaxınları ilə Qərbi Azərbaycana qayıdacaqlar. Biz buna böyük ümid bəsləyirik.

Qərbi Azərbaycan bizim tarixi  torpaqlarımızdır. Biz bu sözləri " quru sözlə" təsdiqləmirik. Bunu tarix deyir, tarixi faktlar deyir. Ermənilər tarixi faktları məhv etmək üçün Qarabağda etdikləri kimi Qərbi Azərbaycanda da bizim bütün abidələrimizi yerlə-yeksan ediblər. Ancaq, təbii ki , tarixi bu qədər asan məhv etmək olmaz. Sənədlər, xəritələr bütün bunlar bir daha göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhər və kənd adları da Azərbaycan mənşəlidir. Biz bunları bilirik, bilməklə yanaşı dünya ictimaiyyətinə də çatdırmalıyıq, sübut etməliyik. Bu Qərbi Azərbaycan İcması bu yolda məqsədyönlü şəkildə çalışmalıdır, çalışacağına da əminik. XX əsrdə xalqımıza böyük faciələr üz vermişdir. Tarix boyu Azərbaycan qürurlu və qara səhifələr də olmuşdur. AXC- nin yaradılması müsəlman aləmində ilk respublika olmadı baxımından şərəf doğursa da,qara səhifələri  də var. Çünki həmin vaxt tarixi şəhərimiz olan İrəvan faktiki olaraq Ermənistana bağışlanmışdır. Bu,bağışlanmaz bir hərəkət idi. Tarixi həqiqətlərin  təhrif olunmadına yol verməməliyik. Bu hamımızın müqəddəs borcudur. Növbəti dəfə isə Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmaq məqsədilə Zəngəzuru da Ermənistana birləşdirdilər. Ümumiyyətlə, Azərbaycan  XX əsrdə çox bəlalar ilə üzləşmişdir amma Azərbaycanı əyə bilmədilər, bunu bacarmadılar, həmişə var olduq, mübarizə apardıq və qalib olduq. Erməni vəhşiliyini dünya ictimaiyyəti görmür, ya da görmək istəmir. Buna baxmayaraq, biz əminik ki, Qərbi Azərbaycan  İcması Azərbaycan dövlərinin dəstəyi ilə bunu bacaracaq. Qarabağa gələn xarici vətəndaşlar artıq öz gözləri ilə  vəhşilikləri görür. 

Uzun illər Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi fəaliyyət göstərən bu qurum tarixi torpaqlarımız üçün aparılan mübarizədə də bizə  yaxından dəstək olacaq. İcma həm öz imkankarl, həm də Azərbaycan dövlətinin dəstəyi sayəsində bu işlərə əhəmiyyətlə yanaşmalıdır. Bütün bunların nəticəsində biz öz məqsədimizə nail olacağıq.  

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq