26 dekabr 2022 12:59
585

Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı

Ölkəyə rəhbərlik etdiyi 19 il ərzində prezident İlham Əliyev həm daxili, həm də xarici siyasət sahəsində çoxlu uğurlara imza atmışdır.

Cənab prezident ölkəmizdə siyasi sabitlik, təhlükəsiz və tolerant mühit, vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi, genişmiqyaslı və davamlı iqtisadi islahatlarla müşayiət olunan effektiv daxili siyasət həyata keçirmişdir.

Prezidentin əmr və sərəncamları əsasında reallaşdırılan sosial layihələr, həmçinin yaxşılaşdırılması məqsədilə qəbul edilən qanunlar və dövlət proqramları onun sosial siyasət sahəsindəki strateji kursunun prioritet istiqamətlərindəndir. Ölkəmizdə iqtisadi sahədə, xüsusilə enerji sahəsində həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr Azərbaycanı dünyada nüfuzlu və etibarlı strateji tərəfdaşa çevirdi. Dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinə zəmin yaratdı.

Cənab İlham Əliyev xarici siyasət sahəsində də Azərbaycanın bir çox uğurlarının təmsilçisidir.

Ötən dövr ərzində 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT-yə qeyri daimi üzv seçilməsi, 2019-2023-cü illərdə cənab İlham Əliyevin 120 dövlətin təmsil olunduğu Qoşulmama hərəkatına sədrlik etməsi beynəlxalq miqyasda uğurlarımızın bariz nümunəsidir.

44 günlük Vətən müharibəsi zamanı cənab prezident həm də sözün əsl mənasında intellekt savaşı, informasiya müharibəsi apardı və özünün siyasi,davranışı,analitik təfəkkürü,məntiqi mühakimələri ilə xalqımızın milli qürurunun, milli ləyaqətinin təəssübkeşi kimi bütün dünyanın hörmət göstərdiyi nüfuzlu siyasi liderə çevrildi. Ordu quruculuğu, hərbi kad hazırlığı sahəsində həyata keçirilən tədbirlər 44 günlük müharibədə möhtəşəm zəfəri təmin etdi.

Prezident İlham Əliyev sözü ilə əməli üst-üstə düşən, ölkəsinin siyasi sabitliyinə, iqtisadi qüdrətinə, mədəni yüksəlişinə nail olan, adını ölkəsinin və dünyanın hərb tarixinə müzəffər sərkərdə kimi həkk etdirən müasir təfəkkürlü, güclü siyasi liderdir.

Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsul əməkdaşı