24 dekabr 2022 19:52
572

"Qarabağ"dan qələbə

Misli Premyer Liqasınlın 18-ci turu çərçivəsində "Qarabağ" "Səbail"in qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 61-ci dəqiqəsində Ramil Şeydayev hesabı açıb. Matçın 82-ci dəqiqəsində isə Musa Qurbanlı "Qarabağ"ın üstünlüyünü iki topa çatdırıb. Oyunda son nöqtəni 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir qoyub – 0-3.

Misli Premyer Liqası

18-ci tur

24 dekabr (şənbə)

17:30. “Səbail” 0–3 “Qarabağ”

Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev

“ASCO Arena”.