24 dekabr 2022 17:18
630

"Qəbələ" "Turan Tovuz"la heç-heçə etdi

Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda “Qəbələ” “Turan Tovuz”u qəbul edib.

Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov və Əli Əliyevdən ibarət hakimlər briqadasının idarə etdiyi oyun qolsuz bərabərliklə başa çatıb.

Misli Premyer Liqası

18-ci tur

24 dekabr (şənbə)

15:00. “Qəbələ” 0–0 “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

Qəbələ şəhər stadionu.