24 dekabr 2022 14:36
640

Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısı

Ulu Öndərimiz Heydər Əliyevin  xalqımıza özünün layiqli davamçısı kimi  təqdim etdiyi  Cənab Prezident İlham Əliyevin uğurlu   fəaliyyəti  bir daha onu sübut etdi ki,Azəbaycan regionda öz sözünü demiş güclü dövlətdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik  fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident  İlham  Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib,  Azərbaycanı dünyanın inkişaf edən ölkələri  sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş  günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa  xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. İqtisadi  , siyasi  müstəvidə gedən uğurlu işlər nəticəsində  Azərbaycanın beynəlxalq  nüfuzu daha da artdı və bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sayı  çoxaldı. Xalqın irəlidə  Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi  lider isə yalnız İlham Əliyevdir.

Prezident  İlham  Əliyevin ölkəyə rəhbərlik etdiyi  2003-cü ildən ötən müddət  Azərbaycan tarixinə hərtərəfli  və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli  tərəqqinin təməlində Ümummilli  Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət  xətti  dayanır. Diplomatik məharəti hesabına  Cənab Prezident  bütün  dövlətlərlə apardığı uğurlu əməkdaşlıq danılmazdır. Dövlət başçısının milli iqtisadiyyata təkanı,neft-qaz  sahəsində və energetikada  gedən islahatların nəticəsində  Azərbaycan dünyanın 10 ölkəsindən biri olaraq dəyərləndirilmişdir.  Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir.  Ölkəmiz MDB məkanında ən qabaqcıl ölkələr sırasındadır. Bütün bunlar hamısı, təbii ki, İlham Əliyevin rolu nəticəsində baş verib.  Azərbaycan Avropanın enerji  təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Xalqın hər zaman inam və etibarını qazanan Cənab   Prezident  İlham Əliyev  həmçinin  dünya  dövlətləri arasında böyük nüfuza malikdir. Artıq reallıqdır ki, ölkə başçısı Azərbaycan dövlətinin uğurlarının qarantıdır.

Ölkə başçımız coxşaxəli  fəaliyyəti ilə bir cox təltiflərə , ordenlərə,fəxr elmi adlara,idman təşkilatlarının mükafatlarına layiq görülmüşdür. Amma dövlət başçımızın özünün də bildirdiyi kimi onun fəaliyyətinə verilən ən yüksək dəyər Azərbaycan  xaqlqının səmimi  sevgisidir. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi  Azərbaycanın sosial dövlət kimi mənzərəsi  göz önündədir  və  ölkəmiz möhtəşəm nailiyyətlərə imza atır. Həyata keçirilən bu  və ya digər islahatlar yeni  şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri  vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri  gələcək  illərdə daha çox özünü  göstərəcək.

Bir sıra görülən işlərlə bərabər həmçinin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi  onlara diqqət və qayğı dövlət başçısının siyasətinin ana xəttidir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi  gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son  illərdə ardıcıl şəkildə artırılması və mənzillə təminatı proqramı  danılmazdır.

Prezident İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti baxımından  Azərbaycan  Ordusu  dünyanın ən  güclü ordularının sırasına daxil oldu və öz  sözünü döyüş meydanında dedi və  44 günlük  Vətən  müharibəsinə  gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi  Qələbəsinə , möhtəşəm  Zəfərinə  etibarlı  zəmin  formalaşdırdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata  keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi nəticəsidir.  Azərbaycanın haqq işində qətiyyətli  və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu.  Azərbaycan  Prezidenti  İlham Əliyev, Rusiya Prezidenti  Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli  Bəyanatın imzalanması  Azərbaycanın güclü  olmaqla yanaşı, həm də ölkə başçısı cənab İlham Əliyevin möhkəm, uğurlu, dəmir siyasətinin məntiqi  nəticəsidir.

Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və hakimiyyətdə olduğu illər ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqımız əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımız regionun ən gözəl  məkanına çevriləcək. Bu gün  işğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası, infrastrukturun qurulması,böyük lahiyələrə atılan imzalar Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətdən xəbər verir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” soydaşlarımızın öz yurdlarına dönməsi  üçün hazırlanmış mühüm proqramdır və daim Prezidentimizin diqqətindədir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir.  

Vəfa Dərgahquliyeva,

YAP Pirallahı rayon təşkilatının fəalı