24 dekabr 2022 12:29
561

Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyə Futbol Federasiyası (TFF) 10 klubu cəzalandırıb.

“İki sahil” xəbər verir ki,  buna səbəb komandaların lisenziya öhdəliklərini vaxtında yerinə yetirməməsi olub.

Qərara əsasən Super Liqadan “Kayserispor”un, I liqadan “Dənizlispor”, “Altay”, “Erzurumspor” və “Yeni Malatyaspor”un, II liqadan isə 5 komandanın aktivindən 3 xal silinib.

TFF cəzalandırdığı klublardan ən qısa vaxtda lisenziya öhdəliklərini tam olaraq yerinə yetirməyi tələb edib.