Kriştiano Ronaldo dekabrın sonuna qədər “Əl-Nəsr”lə müqavilə imzalaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Mənbə bildirir ki, Ronaldo Avropada klub tapa bilmədiyi üçün azad agent olaraq Səudiyyə Ərəbistan klubuna keçməyə yaxındır. Ronaldoya Qətərdən də təklif gəlib. Lakin təklifin olunan məbləğ "Əl-Nəsr"in təklif etdiyindən daha aşağı olub.
Xatırladaq ki, moyabrda Ronaldo “Mançester Yunayted”lə müqaviləsini ləğv edib və hazırda azad agent statusundadır.