23 dekabr 2022 17:26
562

Onana 26 yaşında milli karyerasını bitirdi

Kamerun yığmasının qapıçısı Andre Onana milli karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, o, bununla bağlı öz Tvitter səhifəsində paylaşım edib.

"İnter"in qapıçısının cəmi 26 yaşında belə qərar verməsi DÇ-2022-də yığmanın baş məşqçisi Riqobert Sonqla arasındakı münaqişə olub. O, DÇ-2022-nin 2-ci turunda Serbiya ilə matç öncəsi intizamsızlıq səbəbi ilə yığmadan kənarlaşdırılıb.

Qeyd edək ki, Onana Kamerun millisində 34 oyun keçirib.