23 dekabr 2022 17:07
623

"Cənub Qaz Dəhlizi" ölkəmizin beynəlxalq nüfuzuna töhfələr verir

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.  Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib. Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Son illərdə iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bir nümunədir. Belə işlərdən  biridə “Cənub Qaz Dəhlizi” layihəsidir.

“Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.  2012-ci il iyunun 27-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. Prezident İlham Əliyev dəhlizin açılış mərasimində çıxışında Azərbaycanın neft-qaz tarixi, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bugünədək görülən işlər, həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə fikirlərini bildirib, yalnız beynəlxalq əməkdaşlıq sayəsində bu cür böyük layihələrin reallaşmasının mümkün olduğunu diqqətə çatdırıb.

"Cənub Qaz Dəhlizi" təkcə region ölkələri üçün yox,eyni zamanda Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Layihənin Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi  ilə yanaşı ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi –siyasi  tərəfdaş kimi qazandığı  böyük nüfuzun növbəti təzahürüdür.

“Cənub Qaz Dəhlizi’’nin ərsəyə gəlməsində regional qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın  siyasi iradəsi həlledici olub. Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji  təminatında  yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini  şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb.

Onu da qeyd etməliyəm ki, “Cənub Qaz Dəhlizi” Məşrərət Şurasının iclaslarında iki yüksək səviyyəli  nümayəndəsinin iştirakı  Azərbaycanla əlaqələrə diqqətin təzahürü kimi qiymətləndirilə bilər. Avropa qurumları Azərbaycanın apardığı enerji təhlükəsizliyi siyasətini hər zaman dəstəkləyiblər.

Bu xüsusda cənab Prezidentimiz İlham Əliyevin "Cənub Qaz Dəhlizi" barədə fikirləri daha  önəmlidir. Prezidentimiz qeyd edib ki, "Cənub Qaz Dəhlizi" fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o bizə nəhəng “Şahdəniz” qaz –kondensat yatağında hasilatı  artırmağa imkan yaradır.

Çox qısa bir zamandır ki, Azərbaycan  tamamilə yeni müasir infranstrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il ölkəmiz 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il isə bu rəqəm 24 milyard oldu. Gələn il o daha  da çox olacaq.

Bizim qaz təchizatımız təkcə “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox prespektivlidir. Növbəti il onların bəzilərində hasilat başlayacaq. Bu enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Hazırda Azərbaycanın müvafiq sturukturlarının sayı artan ölkələrlə daim təmasdadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar və görülən işlər bütün dünya üçün nümunədir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək”.

Sonda onu da vurğulayım ki, bu layihə eyni zamanda,regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücləndirilməsində daha maraqlı olacaq.

Dilarə Hüseynova,

YAP Masallı rayon təşkilatının fəalı