23 dekabr 2022 13:54
607

Dördüncü dəfə ilin futbolçusu seçildi

“Bavariya”nın futbolçusu Alfonso Deyvis Kanadada ilin ən yaxşı futbolçusu seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Deyvis ölkəsində son 5 ildə 4-cü dəfə ilin futbolçusu seçilib.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi bu il “Bavariya” ilə Bundesliqanı və Almaniya Superkubokunu qazanıb. O, Kanada yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.