AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusu cəzalandırıb.
“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunub.
Buna hər iki oyunçunun "Neftçi"yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. "Qartallar" hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəyəcək.
"Neftçi" isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada "ağ-qaralar"ın 6 oyunçusunun sarı vərəqə alıb.
"Qəbələ" klubu da eyni məbləğdə cərimələnib. "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri cavab matçında "qırmızı-qaralar"ın 4 oyunçusuna sarı vərəqə göstərilib.