Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Boks Assosiasiyasının işindən narazı qaldığı üçün boksun 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından çıxarılmasını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.
Dekabrda BOK təşkilatın inzibati və maliyyə idarəetməsinin tələblərə cavab vermədiyini qeyd edib. 2024-cü ildə Parisdə, eləcə də Tokioda keçiriləcək Oyunlarda boks turnirinə BOK ev sahibliyi edəcək. Hazırda boks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın proqramına da daxil edilməyib.