22 dekabr 2022 16:11
660

Azərbaycan dünyanın qüdrətli dövlətinə çevrilib

Bəşəriyyətin qarşısında duran qlobal problemlər dünyada davamlı imkişafa nail olunmağı zəruri vəzifəyə çevirmişdir. Dayanıqlı sosial –iqtiasi inkişafın təmin edilməsi dövlətimizin siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan BMT –in Dayanıqlı İnkişaf Məqsədlərinə çox həssaslıqla yanaşan bir ölkədir.

Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu Ali təhsil müəssisələrində təhsil almalarına aid 2022-2026 cı illər üçün Dövlət proqramının” təsdiq edilməsi haqqında sərəncamı imzalamışdır.

Bu sərəncamın məqsədi Azərbaycan Respublikası qlobal inkişafını təmin edəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarığa yiyələnən, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Dövlət proqramında bu sahədə müşahidə olunan qlobal trendlər və onların ölkə potensialına təsiri qiymətləndirilmişdir. Dövlət proqramında o cümlədən prioritet istiqamət üzrə ixtisasların təyin edilməsi, nüfuzlu ali təhsil müəssisələrində təhsil proqramının müəyyən edilməsi nəzərdə tutulur. 44 günlük Vətən müharibəsindən sonra ərazilərin işğaldan azad edilməsi regionda təhlükəsizlik, sabitlik,əmin-amanlığın təmin olunmasına, qarşılıqlı əməkdaşlığın, iqtisadi əlaqələrin inkişafına təkan vermişdir.

Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf sayəsində Azərbaycan hə siyasi, həm iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biridir. Regionda Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən və dayanıqlı inkişafla bağlı layihələrdə Azərbaycan əsas təşəbbüskar və iştirakçı dövlətlərdən birinə çevrilmişdir.

Aynurə Hacıyeva,
22 saylı Baki Şəhər Xəstəxanası, həkim-oftolmoloq