22 dekabr 2022 14:30
674

Konte "Tottenhem"in təklifini rədd etdi

"Tottenhem"inin baş məşqçisi Antonio Konte klubu ilə müqaviləsini yeniləməyə tələsmir.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki,  italiyalı mütəxəssis maliyyə bonusuna baxmayaraq klubun son təklifini rədd edib. Bildirilib ki, Konte öz istəyi ilə yeni oyunçular almaq imkanı əldə etməsə, başqa bir iş axtaracaq.

Xatırladaq ki, Konte 2021-ci ilin yayından London təmsilçisini çalışdırır.