Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına gedib.
“İki sahil” xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. Bildirilib ki, 37 yaşlı oyunçu yaxın vaxtlarda "Əl-Nəsr"lə mövsümü 200 milyon avro maaşla 2,5 illik müqavilə imzalayacaq. O, başqa təklifi olmadığı üçün bu addımı atıb.
Qeyd edək ki, Ronaldo noyabda “Mançester Yunayted”lə müqaviləni ləğv etdikdən sonra azad agent olub.