22 dekabr 2022 00:27
3094

Uğurlu siyasət: Azərbaycan dünyada müsbət imici olan etibarlı tərəfdaş kimi tanınır

Qədim dövürlərdən bu tərəfə Azərbayucan xalqı daima öz Dahi övladlarıyla seçiliblər. Tarixi şəxsiyyətlərin tarixdəki missyaları həmişə özlərindən sonrakı nəsillərin həyatında mühüm rol oynayır. Belə tarixi şəxsiyyətlərdən biridə Dahi Şəxsiyyət Heydər Əliyevdir. Heydər Əliyev bir xalqın taleh yüklü məsələlərinə hər zaman sinə gəlmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.

Azərbaycanın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.

2003-cü ildə Heydər Əliyev Azərbaycan xalqına müraciətində İlham Əliyev cənabları haqqında demişdir.  “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Doğurdanda Ulu Öndər yolunun laiqli davamçısı məhz cənab İlham Əliyevdir. Bu yol Azərbaycan xalqını sağlam və uğurlu gələcəyə aparır. Prezident İlham Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi infrastrukturu bütövlükdə yenidən qurulmuş, 15 min kilometrdən çox yol çəkilmiş, 450 körpü inşa olunmuş, 4 yeni metro stansiyası açılmış, 7 hava limanı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilmiş, Azərbaycan böyük enerji və nəqliyyat qovşağına çevrilmişdir. Beynəlxalq reytinqlərə əsasən, respublikamız avianəqliyyat, dəmir yolu sahələri üzrə dünyada 11-12-ci yerləri, yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yeri tutur. Azərbaycan artıq dünyanın kosmik dövlətlər klubuna qoşulmuşdur. Avropa və Asiyanı birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilmiş, “Yeni əsrin müqaviləsi” imzalanmış, Cənub Qaz Dəhlizi, onun tərkib hissəsi olan TANAP boru kəməri açılmışdır. Yaxın vaxtlarda TAP-ın açılacağı gözlənilir. Bu layihələr respublikamızın perspektiv inkişafına və iqtisadi maraqlarına xidmət etməklə yanaşı, yaxın tərəfdaşlarımız olan Türkiyənin, Gürcüstanın, İsrailin və Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin edən yeganə alternativ mənbə və tranzit ölkə kimi Azərbaycanın geosiyasi dəyərini artırır.

Ulu Öndərin müəyyənləşdirdiyi balanslaşdırılmış çoxvektorlu xarici siyasət kursu uğurla davam etdirilmişdir. Dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılmış, həm də toqquşan maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrilmişdir. Ermənistan istisna edilməklə Azərbaycanın heç bir region ölkəsi ilə problemləri yoxdur, bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq münasibətləri var. Bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, iştirakı olmadan həll edilsin. Azərbaycan dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş kimi tanınır. Bunun ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq Təşkilati, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ISESCO, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. 

Prezident İlham Əliyev siyasəti bizi Qarabağa doğru apardı. 2020-ci ilin sentyabr ayında başlayan müharibədə Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  ZƏFƏR TARİXİ yaratdı. Torpaqlarımız işğaldan azad edildi. İşğaldan azad edilmiş ərazilərdə əsaslı yenidən qurma işləri aparılır.

Bu gün Azərbaycanda yaşayan hərbir vətəndaşın Prezidenti olan Cənab İlham Əliyev Azərbaycanın parlaq tarixində MÜZƏFFƏR SƏRKƏRDƏ KİMİ YAŞAYACAQ! 

Ruslan QASIMOV,
YAP-ın fəal üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini,
QEYD İB Debat klubunun rəhbəri,
Türkiyədə "ATATÜRK DÜŞÜNCƏ" birliyinin fəxri üzvü