21 dekabr 2022 18:10
636

Van Qal Portuqaliya millisini çalışdırmaq istəyir

Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdırmaq istəyir.

"İki sahil" “goal” nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirdiyini, yalnız Portuqaliya yığmasından təklif gələcəyi haqda bunu dəyərləndirəcəyini açıqlayıb.

“Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm. Deyə biləcəyim tək şey budur”.

Qeyd edək ki, Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2-2, penaltilər: 3-4), turnirlə vidalaşıb. Van Qal isə həmin matçdan vəzifəsini tərk edib.