21 dekabr 2022 19:23
666

Ekoloji terrora son qoyulmalıdır

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

 İmzalanan Bəyannatda bir çox məsələlər öz əksini tapdı. Bunlardan biri də yeni nəzarət mexanizmi oldu. Bu mexanizmə görə bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdırlar. Lakin son zamanlar baş verən hadisələr onu göstərdi ki, bu mexanizmə tam əməl olunmadı. Bunun nəticəsində mərd xalqımız ayağa qalxdı və fəallarımız Şuşa-Laçın yolunda etiraz aksiyası  həyata keçirdilər.

 Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində, Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir. Torpaqlarımızda baş verən  talan və soyğunçuluğa son qoyulmalıdır. Qarabağ əzəli  Azərbaycan  torpaqlarıdır  və  aparılan işlər təbiki, Azərbaycan Respublikasının qanunları  əsasında həyata keçirilməlidir. Hətta  Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qanunsuz istismarın dayandırılması, baxış və monitorinq aparılması məqsədi ilə gələn işçi qrup üzvərini buraxılmaması son hədlərdən biri olub. Təəssüflər olsun ki, orada hələ də separatçı-terrorçu birləşmələrin qalıqları təxribatlarla məşğuldur  və  Azərbaycan xalqı  tərəfindən qəbul edilə bilməz.

Keçirilən aksiyada  gənclər, ziyalılar,bir sıra ictimai fəalların üzvləri də iştirak edir. Ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyas  Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və Azərbaycan xalqının haqlı tələblərindən biridir.Aksiyada etirazçıların əsas tələbləri  və məqsədləri sərvətlərimiz talan olunması , ekologiyanın  məhv olunmasının qarşısının almaqdır. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.

Laçın yolunun bağlanmasını artıq Ermənistan tərəfi  bütün dünyaya humanitar böhran kimi car çəkib və bu tərz fikirlərlə  Azərbaycanı  ittiham edir. Bu fikirlər əsasız və cəfəngiyyatdır.  Ermənilər bütün  güclərini, baş verənləri  bu cür təqdim etməyə, diqqəti reallıqdan - mahiyyətdən yayındırmağa sərf edirlər. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycanın qanuni və suveren ərazilərində hansısa ekoloji və digər çoxsahəli terror-təxribat hərəkətləri həyata keçirilməməlidir.

Vəfa Dərgahquliyeva,
YAP Pirallahı rayon təşkilatı fəalı