Ekoterrorizm
Müharibə meydanında və dəyirmi masalarda uduzan Ermənistan dövləti hələ də türk dünyası üçün təhlükə yaradır. İllərdir, Azərbaycana qarşı təcavüzkarlıq edən və ekoloji terror törədərək dolayısıyla dünyaya təhlükə yaradan Ermənistan durmaq bilmir. Ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ermənilər ağaclarımızı yandırır, içməli sualımızı çirkləndirərək yenə də insanlarımıza zərər vururlar. İnsan ölümünə səbəb olan bu hallara isə artıq göz yummağımız mümkün deyildir. Xüsusən, bizim ərazilərimizdə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar edir, bunun sayəsində ekologiyamıza zərər vururlar. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edir. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənib. Və son illərdə qanunsuz şəkildə təbii sərvətlərimizin talanması ilə yuxarıda qeyd olunmuş ekoterror hallarının sayı artmışdır. Bizim tələbimiz monitorinqin aparılmasının təmin olunması və hələ də riayət edilməyən 10 noyabr 2020-ci il bəyənatının müddəalarının yerinə yetirilməsidir. Qeyd olunanlar təmin olunmadıqca, Ekoloqların və Vətəndaş Cəmiyyətinin nümayəndələrinin dinc aksiyası dayanmayacaq. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirirler.Hazırda aksiya davam edir. Onlar dayandamadan şüarlar səsləndirirlər.Artıq aksiya yerində tonqallar qalanıb, çadırlar qurulub.Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir.Əksəriyyəti gənclər olan yüzlərlə etirazçı əllərində plakatlar tutaraq rusiyalı sülhməramlılarla üzbəüz dayanıb.Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib.Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmırlar.Etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər. Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik və hüquq azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır.İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixidini abidələr, müqəddəs ocaqlar, məbədlər və təbii sərvətlərimizdir. Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Bu barbarlar İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv, təbii sərvətlərimizi talan edərək ekoloji cinayət törətmişlər. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb. Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına ölkənin müxtəlif regionlarından olan gənc fəallar da qoşulub.Ermənistan cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaqdır.
Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərir.Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.Bu gün Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. Ən yaxın tarixi cinayətləri desək 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır. Buna görə də, rəsmi İrəvanın istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada pislənilməkdədir. Bununlada Ermənilərin Azərbaycanlılara qarşı illərlə törədikləri hərbi cinayətləri sadalamaqla bitməz. Budur, erməni faşizminin siması. Budur, erməni barbarlığı.Mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər.Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Laçın yolu Azərbaycanlı etirazçılar tərəfindən deyil, sülhməramlı kontingent tərəfindən bağlanıb
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bugündə davam edir. Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib. Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq, tam tərsinə, Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır. Ermənistan rəsmi dairələrinin, onların yandaşlarının guya Laçın yolunun bağlanması – Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında iddialarına gəldikdə isə buna ən tutarlı cavab rəsmi qurumlarımızdan gəldi. Həmin yol Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının “sülhməramlı” kontingenti tərəfindən bağlanıb. Yəni bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız yol bağlayan deyil, öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəfdir.Azərbaycan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışı, qanunsuz istismarın dayandırılmasını, ümumən müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ekologiyaya, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini, dəymiş zərərlərin nəticələrinin mümkün qədər qısa müddət içində aradan qaldırılmasını istəyir. Bu ayın 3-dən etibarən Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji, digər fəsadlarla bağlı müvafiq dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin “sülhməramlı” kontingentin komandanı general Volkovla apardığı danışıqlar da buna xidmət edirdi. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan rəsmi qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə səfər etmə cəhdinə baxmayaraq, bu səfərə süni əngəl yaradılıb. Əlbəttə, belə etibarsız hərəkətlər, razılaşmaların pozulması Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, ümumən xalqımızın haqlı etirazına səbəb olub. Əslində, Şuşa-Laçın yolundakı aksiyada olmaq istəyənlərin sayı orda olanlardan qat-qat çoxdur.Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökümət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiyalar keçirilir.Kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılmalı idi.Sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Aksiya iştirakçıları ekoloji terror, təxribatçı, talançı fəaliyyət, Ermənistan ordusunun qalıqlarının ərazilərimizdən çıxarılması ilə bağlı “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji terrora son!” şüarları səsləndirirlər.
Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib
Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir. Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsə də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur
Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib.Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib. Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mismolibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur. Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.
Azərbaycan məsuliyyətli ölkədir!
Bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi öhdəliklərinə uyğun olaraq son iki il ərzində Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb. Sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər. Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Çünki Azərbaycan həmişə məsuliyyətli ölkədir.Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü bunu icra etdi və Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədi ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. Bu ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər.Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilərə girməyə haqqı var, bu təmin olunmadığı üçün Azərbaycan dövləti konkret addım atmağa məcbur qalıb.Hazırda bu istiqamətdə aksiya davam edir. Aksiya azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyətinin nümayəndələrinin aksiyasıdır. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsalar da, aksiyanın məqsədi bəllidir. Aksiyanın məqsədi Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan ərazilərində qeyri-qanuni istismar olunan ərazilərə baxışın keçirilməsinə şərait yaradılması ilə bağlıdır. Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır. Ən qısa şəkildə bizə şərait yaradılmalıdır ki, həmin ərazilərə baxış keçirilsin.Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi hamımızın yaddaşına dünya miqyasında tanınmağın, öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur. Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir. Öz ölkəsində sərbəst hərəkət etmək hüququ olan vətəndaşlarımızın, o cümlədən jurnalistlərimizin qarşısına zirehli maşınlarla çıxan sülhməramlılar bir daha göstərdilər ki, artıq onların missiyası həm praktik olaraq, həm də mənəvi cəhətdən yararsızlaşıb. Bu vəziyyətdən sonra onların bölgədəki mövcudluğu bütövlükdə ümumi işin faydasına olacağı inandırıcı görünmür. Amma bir şey dəqiqdir ki, bundan sonrakı üç il ərzində sülhməramlılar bölgədə istər sülh yaratma missiyasında, istərsə də birgəyaşayış mühiti üçün hətta faydalı olmaq istəsələr belə uğursuzluğa məhkumdurlar. Yəni mövcud mühitdə sülhməramlılar bölgədə faktiki olaraq faydasız rudimentə çevrilib. Əlbəttə, biz Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə uyğun olaraq sülhməramlıların faydalı fəaliyyətini arzu edirdik. Rusiya ilə münasibətlərimizi daha da yaxşılaşdırmağa, Ermənistanla isə sülh prosesini tezləşdirməyə töhfə verəcəyini ümid etdiyimiz sülhməramlı missiya, nəinki ümidləri doğrultmadı, əksinə vəziyyəti daha da mürəkkəbləşdirməyə başladı. Əgər 10 noyabr bəyanatının şərtinə uyğun olaraq Ermənistanın ordu qalıqlarını ərazimizdən çıxarmayacaqsa, separatçıları leqallaşdırmağa yönəli fəaliyyətləri davam edəcəksə, təxribarlara alət olmaqda, separatizmə rəvac verməkdə israrlı olacaqsa sülhməramlıların həm Rusiyanın, həm də Azərbaycanın mənafeləri baxımdan bölgədə mövcudluğunun xeyridən çox zərəri ola bilər.
“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji terrora son!”
Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü