19 dekabr 2022 16:03
902

Ermənistanın ekoterrorunun qarşısı alınmalıdır

Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşlarından ibarət heyət dekabrın 3-dən etibarən  Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədiləölkəmizin  dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneəçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Şuşa-Laçın yolunda həyata keçirilən bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Demək vətəndaş cəmiyyətinin bu mövqeyi diqqətə alınmalıdır. Bizim həmin  ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalıdır.

Qeyd edək ki, bir neçə gündür ki Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloqların davam edən  etiraz aksiyalarına qarşı beynəlxalq biganaəlik də hiss olunur. Ancaq biz  dünyaya bəyan etmək istəyirik ki, 30 ildir bizim talan edilmiş yer altı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən bu gün də talan edilir. Haqlı etiraz aksiyamıza böhtan atan Ermənistanyenə də dünyanı aldatmaqla məşğuldur. Guya biz Lasın dəhlizini bağlamaqla orada yaşayanların qida və digər təminatlarına ane oluruq və nəticədə bölgədə humanitar fəlakət yaşanır.

Lakin Laçın yolu Azərbaycanlı etirazçılar tərəfindən deyil, sülhməramlılar tərəfindən bağlandığını hər kəs görür. Azərbaycan  hər zaman ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etmişdir.  Bəli bu gün bizim məqsədimiz sülhə nail olmaqdır. Dünya bunu görməli, haqlı aksiyamızda bizə dəstək verməlidirlər.

Biz inanırıq ki, Azərbaycan ictimaiyyəti öz haqlı tələblərinin icra olunmasına nail olacaqdır.  Çünki bu işdə də xalqımız milli birlik nümayiş etdirir.

Azərbaycan ərazilərində baş verən hadisələrə Ermənistan hökümətinin barbar reaksiyası bir daha təsdiq edir ki, onlar hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyiblər. Ermənistanın  bu hərəkətləri Nikol Paşinyanın  Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Belə cinayətlər işğalçı ölkə üçün hüquqi məsuliyyət yaradır. Ermənilər öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozurlar.

Elnur Əmiraslanov,
YAP Haçıqabul rayon təşkilatının sədri