16 dekabr 2022 18:44
2400

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə ortaq dəyərlərlə sıx bağlıdırlar

Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.

Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq aləmə inteqrasiya fonunda öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan kimi dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdən idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Bütün bunlar Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində öz həllini yüksək səviyyədə tapdı.

Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Hələ 2003- cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev vəd etmişdi ki, əgər xalq ona etimad göstərərsə, Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirəcək. Dövlətimizin başçısı aprelin 18-dəki andiçmə mərasimində də bu məsələni xüsusi vurğuladı: “Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır.

Prezident İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək".

Bu günki  Azərbaycan Dövləti Güclü və Demokratik dövlətdir. Bu Dövlətin təməlləri Heydər Əliyev tərəfindən atılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahada möhkələndirilir. Xöşbəxt Azərbaycan Gəncliyi daimi Ulu Öndər Siyasətinə sadiq qalacaq!

Ruslan QASIMOV,
YAP-ın fəal üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini,
QEYD İB Debat klubunun rəhbəri,
Türkiyədə "ATATÜRK DÜŞÜNCƏ" birliyinin fəxri üzvü