Bu gün Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malikdir. Çünki ölkəmiz hər zaman tranzit-loqistika funksiyasını yerinə yetirməklə iqtisadi- ticari ələqələrini genişdəndirə bilər. Bu önəmli fakt Prezident İlham Əliyevin dekabrın 14-də Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkiyə və Türkmənistan liderlərinin iştirakı ilə keçirilən Üçtərəfli Zirvə Görüşündə bir daha öz təsdiqini tapdı. Belə ki, bu görüşdə türkdilli dövlətlərin yeni nəqliyyat-tranzit layihələrinin inkişafı istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Üçtərəfli Zivə Görüşündə demişdir: «2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır... Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.»
Eyni zamanda, son illərdə Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara nail olub. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə nəqliyyat-loqistikaya qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: «Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”.
Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin yaxın gələcəkdə 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunanlar Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsinin bariz göstəricisidir. Tranzit nəqliyyat infrastrukturunun yaranmasında Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələrinin daha da intensivləşməsi digər türk dövlətlərinin də bu prosesə qoşulacağından xəbər verir. Bu isə öz növbəsində böyük bir cöğrafi ərazinin iqtisdi əlaqələrinin genişlənməsinə təsir edəcək.
Elnur Əmiraslanov,
YAP Hacıqabul rayon təşkilatının sədri