Azərbaycan xalqının Ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevi dərin ehtiramla anırıq. 30 ildən artıq bir dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölkəmizin dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bütün həyatını Azərbaycan xalqına sədaqətlə xidmətə həsr etmiş Ümummilli Lider xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Onun fəaliyyətinin kökündə mənsub olduğu Xalqa sevgisi dayanırdı. Vətəninə, xalqına sonsuz məhəbbətinə görə onu, hər kəs hamılıqla içdən sevirdi. O, doğma Azərbaycanın ən böyuk təəssübkeşlərindən biri kimi xalqımızın xoşbəxt gələcəyinə hesablanan dünyaca məhşur bir cox tarixi lahyihələrə imza ataraq onların müəllifi oldu.
PREZİDENT adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, ölkəmizin, onun ordusunun və iqtisadiyyatının qüdrətli inkişafına nail olmaq üçün cəmiyyətimizdə hökm sürən ciddi problemlərin həllində, onun müstəsna qətiyyəti və cəsarətli addımları əsas rol oynamışdır.
Öz ifadəsi ilə desək: “Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur.”
Bü gün bunlar Ulu Öndərimizin həyatının mənası, həm də maraqlı anları və məqamları sırasındadlr. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetişdirir, ancaq, eyni zamanda hadisələri də şəxsiyyətlər idarə edir və onun izini daşıyır. Ruhu şad olsun Ulu Öndərimizin...
Ulu Öndərimizin ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi: “Həmin an 2020-ci ilin noyabrında yetişdi. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin Prezidentliyinin 17 ili məhz bu hədəfə istiqamətlənmişdi. Müzəffər Ali Baş Komandanımız yaratdığı möhkəm iqtisadi təməllər əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaradıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz iqtisadi gücümüzlə müdafiə sənayesi inkişaf etdirildi, müdafiə potensialımız daha da artdı və bununla da rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən azad Qarabağda, azad Şuşada qürurla dalğalanmağa başladı.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert