İtaliya millisinin və "Roma"nın sabiq üzvü Daniele De Rossinin yeni iş yeri müəyyənləşib.
"İki sahil" "Football Italia"ya istinadən xəbər verir ki, o, B seriyasında çıxış edən SPAL-ı çalışdıracaq. Onunla 1.5 illik müqavilə imzalanacağı bildirilib.
8 turdan sonra SPAL turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, De Rossi iki ildir İtaliya millisində Roberto Mançininin köməkçisidir.