11 oktyabr 2022 16:09
776

Marko van Basten: Neymar əsl ağlayan uşaqdır

Niderland millisinin sabiq hücumçusu Marko van Basten PSJ-nin futbolçusu Neymarı tənqid edib.

“İki sahil” xəbər verir ki, o, "The Sun"a açıqlamasında deyib: “Neymar əsl ağlayan uşaqdır, o, daim təxribat törədir. Bir saniyəyə qaydanı pozur, növbəti dəfə isə qurban kimi yenidən özünü göstərir. Ona toxunmağa icazə yoxdur. Meydanda xoşagəlməz bir insandır".

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 9 qol vurub və 7 qolun ötürməsini verib.