11 oktyabr 2022 00:14
606

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Şotlandiyada "Seltik" və Almaniya "Leyptsiq"i qarasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

“İki sahil” Qlazqo təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, matçdan əvvəl İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, oktyabrın 9-da baş vermiş partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.