10 oktyabr 2022 16:55
660

Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran təmsilçimiz Olimpiadanın bürünc mükafatına sahib çıxıb.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.