10 oktyabr 2022 15:45
714

Yığmamız seçmə mərhələni xalsız başa vurdu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, görüş Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı olub.

Oyun 1:0 hesabı ilə xorvatların xeyrinə başa çatıb.

Beləliklə, hər 3 oyunda uduzan yığmamız seçmə mərhələni xalsız başa vurub.