"Qarabağ"ın Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə səfər oyununda hesabı açan futbolçusu Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.
"İki sahil" PFL-in saytına istinadən xəbər verir ki. yarımmüdafiəçi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb. Filip Premyer Liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb. Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.
Qeyd edək ki, Filip Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.