Klubların dünya sıralaması müəyyənləşib.
“İki sahil” xəbər verir ki, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.
305 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Ötən ay reytinqdə geriləyən “Qarabağ” bu dəfə yerində qalıb. Ağdam təmsilçisi aktivindəki 130,5 xalla 91-ci pillədədir.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb. Ondan fərqli “Frayburq” (126-cı yerdən 83-cü pilləyə) və “Nant” (151-ci yerdən 130-cu pilləyə) cədvəldə irəliləyib.