Türkiyə Superliqasında 9-cu turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, ikinci matç günündə daha 3 görüş keçirilib. "Ümraniyespor" - "Kayserispor" qarşılaşmasında qalib müəyyənləşməyib - 2:2. "Hatayspor" evdə "Alanyaspor"u məğlub edib - 1:0. Doqquz qolun qeydə alındığı “Fənərbaxça” - “Fatih Karagümrük” matçında meydan sahibləri 5:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 18 xalla (9 oyun) "Adanademirspor" başçılıq edir. "Beşiktaş" 18 xalla (9 oyun) 2-ci, "Konyaspor" 18 xalla (9 oyun) 3-cü, "Fənərbaxça" 17 xalla (8 oyun) 4-cü, "Başakşehir" 17 xalla (7 oyun) 5-cidir.
9 oktyabr
"Ümraniyespor" – "Kayserispor" - 2:2
Qol: Nayir, 48, Qlumaç, 59 – Kardozo, 25, Mensa, 64
"Hatayspor" – "Alanyaspor" - 1:0
Qol: Öksüz, 72
"Fənərbaxça" – "Fatih Karagümrük" - 5:4
Qol: Krespo, 9, Valensiya, 28, 61-pen, 72-pen, Batşuayi, 90+5 – Borini, 16, 65-pen, Kuassi, 24, Kapacak, 83