09 oktyabr 2022 22:18
648

“Sabah” “Kəpəz”i darmadağın etdi

Bu gün Misli Premyer Liqasında IX tur çərçivəsində “Sabah” “Kəpəz”i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 22-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy Lens Mikels hesabı açıb. 39-cu dəqiqədə Aleksey Kaşuk hesab arasındakı fərqi artırıb. 42-ci dəqiqədə isə Anatoli Nuriyev fərqi 3 topa çatdırıb. Matçın 52-ci dəqiqəsində Aleksey Kaşuk vurduğu qol ilə “Sabah” üstünlüyünü 4 topa çatdırıb.

Oyunda son nöqtəni 82-ci dəqiqədə fərqlənən Namik Ələskərov qoyub – 5-0.

Misli Premyer Liqası

IX tur

9 oktyabr (bazar)

19:30. “Sabah” 5–0 “Kəpəz”

Qollar: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 39, Anatoli Nuriyev, 42, Aleksey Kaşuk, 52, Namik Ələskərov, 82

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev

“Bank Respublika Arena"