09 oktyabr 2022 19:19
584

"Qarabağ" Qəbələdə qələbə qazandı

Bu gün Misli Premyer Liqasında IX tur çərçivəsində "Qarabağ" "Qəbələ"nin qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində İlkin Qırtımov qırmızı vərəqə ilə cəzalanaraq “Qəbələ”ni azlıqda qoyub.

Oyunun 58-ci dəqiqəsində isə Filip Ozobiç hesabı açıb.

Matçda əlavə qol vurulmayıb.

Misli Premyer Liqası

IX tur

9 oktyabr (bazar)

17:00. “Qəbələ” 0–1 “Qarabağ”

Qol: Filip Ozobiç, 58

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("Qəbələ")

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Qəbələ şəhər stadionu