09 oktyabr 2022 18:37
501

Stolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Oktyabrın 9-da Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlı təlim-məşq toplanışı və turnir start götürəcək. Yarışda 15 və 17 yaşadək idmançılar qüvvələrini sınayacaqlar.

"İki sahil" xəbər verir ki, ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edirlər. Stolüstü tennisçilərimiz Çexiyada turnirdə də yarışacaqlar.

Qeyd edək ki, hər iki tennisçimiz yalnız perspektivli idmançıların dəvət aldığı bu yarışın əvvəlki mərhələlərində də uğurla çıxış ediblər.